AZ

İrana qarşı əməliyyat iddiası: Kürdlər həm İraqda, həm Avropada hazırlaqlara BAŞLAYIB

İran əleyhinə əməliyyat üçün kürdlərin hazırlanması yalnız İraqda deyil, həm də Avropada aparılıb. Almaniya və Fransada kürd icmasının gəncləri hərbi əməliyyatda iştirak üçün kütləvi şəkildə cəlb olunub.

KONKRET.az xəbər verir ki, analitiklərin məlumatına görə, bu silahların bir hissəsi İrana İraq-İran sərhədindən daxil olur, bir qismi isə ABŞ və İsrail koalisiyası tərəfindən hava yolu ilə daşınır. Silahların konkret olaraq kimin əlinə keçdiyini müəyyən etmək çətindir. Hazırda iki əsas müxalif mərkəz silahlı fəaliyyət üçün potensiala malikdir.

Eks-prezidentlər Həsən Ruhanı, Məhəmməd Xatami və keçmiş xarici işlər naziri Cavad Zərif ABŞ-ın dəstəkləyə biləcəyi qüvvələrdir. Ekspertlərin fikrincə, bu üçlük Məsud Pezeşkiyanın dəstəyini alır və müəyyən kütləvi etiraz hərəkətini təşkil edə bilər.

Şahzadə Rza Pəhləvnin arxasında minlərlə müntəzəm İran əsgəri (“Artesh”) olduğu bildirilir. Analitiklər deyir ki, onun rəhbərliyi ilə silahlı üsyan 1917-ci ilin Oktyabr inqilabını xatırlada bilər, fərq ondadır ki, o zaman anti-monarxist hərəkat baş tutmuşdu, burada isə üsyanın başında monarxiyanın varisi dayanır.

Ekspert Hüseyn Nəcət qeyd edir ki, ABŞ və İsrail aviasiyası hələ də “Artesh” kazarmalarına zərbə endirməyib, halbuki KİSQ üzvləri körpülər, məktəblər və parklar altında gecələməyə məcburdurlar. Müharibənin ilk günündə koalisiya İranın hava hücumundan müdafiə sistemini məhv edib, lakin “Artesh” kazarmalarına toxunmayıb.

Rza Pəhləvi bildirir ki, on minlərlə əsgər onun çağırışını gözləyir. Onlara əlavə olaraq rəsmi şahsevərlər və digər müxalif qüvvələr də qoşula bilər. Analitiklər vurğulayır ki, bu üsyan koalisiyanın KİSQ və “Bəsic”in yüksək komandanlığı və hərbi texnikasını zərərsizləşdirməsi, həmçinin İraqdan gələn “Haşd əl-Şaabi” qüvvələrini məhv etməsindən sonra baş verə bilər.

“Prosesin nəticəsində həm əsgərlər, həm də mülki şəxslər şəhərləri ələ keçirəcək, koalisiyanın dronları isə kiçik və ayrı düşmüş qüvvələrin çıxmasına imkan verməyəcək. Trampın dediyi kimi, xalqın üzərinə atəş açılmayacaq,” — deyə ekspert yekunlaşdırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
36
konkret.az

1Mənbələr