Sonuncu pillədə qərarlaşan “Karvan-Yevlax” dünən Misli premyer-liqasının 26-cı turunda biabırçı məğlubiyyətlə üzləşdi. “Qarabağ”ın qonağı olan yevlaxlılar “Tofiq Bəhramov”u 0:7 hesablı məğlubiyyətlə tərk etdi. “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov hücum xəttinin bir neçə aparıcı futbolçusunu erkən əvəzləməsəydi, heç şübhəsiz, daha böyükhesablı qələbə qeydə alınacaqdı.
Bilindiyi kimi, hesabat turunda 11-ci sırada olan “Qəbələ” “Kəpəz”in meydanından qalib ayrıldı (2:0). Başqa sözlə, “Karvan-Yevlax”la aradakı xal fərqini 11-ə çatdırdı. Əlbəttə, Fizuli Məmmədovun komandasının ağdamlılardan xal almaq ehtimalı, demək olar kı, sıfra bərabər idi. Ancaq o da bəllidi ki, hansısa səbəb 7 cavabsız qolun buraxılmasında haqq qazandıra bilməz. Yenə də oyunsonrası mətbuat konfransında Fizuli Məmmədovun azarkeşlərdən üzr istəyəcəyini, ortaya hansısa əsaslı dəlil qoyacağını gözləyirdik. Olmadı...
Bəs, nə görsək, yaxşıdı? Beləməğlubiyyətdən sonra Fizuli Məmmədov gülürdü, kefi kök, əhvalı şən idi. Artıq mütəxəssisin həmi görüntüləri özündə əks etdirən videosu sosial şəbəkələrdə də yayılıb. “Karvan-Yevlax”ın halına ağlamaq lazımkən, gülmək nə dərəcədə doğudu? Ya komanda həqiqətən gülməli vəziyyətə düşüb?
Reallıq ortadadı. Belə durumda yalnız düşmən gülər, dost ağlayar...
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta