AZ

İstanbuldakı konsulluğa hücuma İsraildən REAKSİYA

İsrail Xarici İşlər Nazirliyi Türkiyədəki insidentlə bağlı açıqlama yayıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, atışma zamanı konsulluğun boş olduğu vurğulanıb.

Bildirilib ki, Türkiyə ilə təhlükəsizlik gərginliyi səbəbindən konsulluq son vaxtlar fəaliyyət göstərmirdi.

Qeyd edək ki, aprelin 7-də İstanbulda İsrail Konsulluğunun qarşısında atışma baş verib, 3 nəfər zərərsizləşdirilib.

İstanbul valisi Davud Gülün sözlərinə görə, iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlıların şəxsiyyətinin müəyyənləşdiriməsi istiqamətində iş aparılır.

Seçilən
20
2
konkret.az

3Mənbələr