AZ

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana səfəri çərçivəsində  Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə  mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və Gürcü  xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlət başçısı bildirib ki: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.

Müstəqillik illərindən bu günə qədər Azərbaycan və Gürcüstan arasında əlaqələr normal və sağlam əməkdaşlıq prinsipləri üzərində qurulub. Ölkələrimizin iqtisadi və mədəni əlaqələri qürurvericidir. Amma hər şeydən əvvəl Gürcüstan bizim üçün mehriban qonşu, dost və etibarlı tərəfdaşdır. Bu strateji tərəfdaşlıq regionun sabitliyi və inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi bir yerdədir. 

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.

Dövlət başçısı əlavə edib ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr