AZ

​Ən yüksək dağ Everest deyilmiş

Coğrafi ölçülərə görə uzun illər dünyanın ən yüksək zirvəsi sayılan Everest Dağı (8 848 m) yeni kriteriyalara əsasən bu statusdan məhrum olub. Metbuat.az xəbər verir ki, alimlər Everesti hələ də dəniz səviyyəsindən ən yüksək nöqtə kimi qəbul edirlər, lakin dağın səviyyə altı bazadan zirvəyə olan ümumi hündürlüyü nəzərə alındıqda vəziyyət dəyişir. Bu meyara əsasən Havay adalarında yerləşən Mauna Kea (havay dilində “Ağ dağ”) dağının ümumi hündürlüyü 10 210 metrə çatır və Everestdən daha “uzun” hesab olunur. Bu yeni ölçü anlayışları coğrafiya alimlərinin dağların statusunu yenidən qiymətləndirməsinə səbəb olub.

Mütəxəssislər qeyd edir ki, “ən yüksək” ifadəsi özlüyündə dəyişkəndir və hansı kriteriyaya əsaslandığı vacibdir. Ənənəvi “dəniz səviyyəsindən” ölçüsü hələ də ən çox istifadə edilən metod olaraq qalır, lakin digər yanaşmalar fərqli nəticələr ortaya qoyur.

Seçilən
8
metbuat.az

1Mənbələr