AZ

Kalininqrad vilayəti rayonunda ABŞ-ın kəşfiyyat təyyarəsi müşahidə edilib

Kalininqrad vilayəti rayonunda ABŞ-ın kəşfiyyat təyyarəsi müşahidə edilib

Ötən gün Qara dəniz akvatoriyası üzərində uçuşlar həyata keçirən ABŞ-ın "Bombardier Challenger 650 Artemis II" kəşfiyyat və hədəf göstərmə təyyarəsi Kalininqrad vilayəti rayonunda görünüb.

AFN.az-ın xəbərinə görə, bu barədə TASS-a aviasiya dispetçer dairələrindəki mənbə məlumat verib.

"Təyyarə Rumıniyanın Konstansa aerodromundan havaya qalxıb və hazırda Litva və Polşanın hava məkanında, həmçinin Baltik dənizinin neytral suları üzərində hərəkət edərək Kalininqrad vilayəti rayonunda dövrə vurur", — deyə agentliyin həmsöhbəti bildirib. O qeyd edib ki, bu kəşfiyyat təyyarəsi həmin rayonda ilk dəfə deyil ki, qeydə alınır.

"Ötən gün Konstansadakı həmin aerodromdan uçan "Bombardier Challenger 650 Artemis II" bir neçə saat ərzində Qara dəniz akvatoriyası üzərində qərbdən şərqə və əksinə dairəvi uçuş həyata keçirib", — deyə mənbə xatırladıb. Həmin vaxt təyyarə Rumıniya istisna olmaqla heç bir ölkənin hava məkanına daxil olmayıb və əsasən mülki aviasiya üçün müəyyən edilmiş dəhlizlərdən kənarda hərəkət edib.

Seçilən
14
afn.az

1Mənbələr