İranın hasil etdiyi neftin 90%-nin ixrac olunduğu Xarq adasında bir neçə partlayış baş verib. “Mehr” agentliyinin məlumatına görə, ABŞ və İsrail Hərbi Hava Qüvvələri tərəfindən Xarq adasına zərbələr endirilib. “Adada bir neçə partlayış səsi eşidilib”, – xəbərdə bildirilib. Adada konkret hansı obyektlərin hədəf alındığı hələlik məlum deyil.
İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada silahlılardan ikisi öldürülüb. Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “X”də bildirib. O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.
Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İran gündəmini siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv