Fransanın Rafale qırıcı təyyarələri artıq Rusiya ərazisindən 130 kilometr aralıda Litvada yerləşdirilib.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine jurnalı yazıb.
“Fransa Aerokosmik Qüvvələri NATO-nun Baltik hava polisi missiyasında aparıcı rol oynamaq üçün Rafale qırıcılarını Rusiyadan 130 kilometr aralıda yerləşən Şyaulyayski hava bazasına yerləşdirib”, - nəşr bildirir.
Müşahidəçilər qeyd ediblər ki, Fransanın Rafale qırıcı təyyarələri Moskva və Sankt-Peterburqdan kənara uça bilən qanadlı raketlər buraxmaq qabiliyyətinə malikdir.
Bəxtiyar CƏFƏRLİ