AZ

SEPAH İsrailə hərbi yük daşıyan gəmiyə zərbə endirib

SEPAH İsrailə hərbi yük daşıyan gəmiyə zərbə endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Oman körfəzində İsrail üçün hərbi yük daşıyan konteyner gəmisinə zərbə endirdiyini bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. "Sionist rejimə (İsrail nəzərdə tutulur – red.) məxsus konteyner gəmisinə kəşfiyyat əməliyyatı və raket hücumu nəticəsində zərbə endirilib", — deyə SEPAH-ın bəyanatında bildirilir.

Qeyd edilir ki, gəmi Birləşmiş Ərəb Əmirliyinin Xor-Fakkan limanına gedirmiş və oradan hərbi avadanlıqlar quru yolu ilə İsrailə çatdırılmalı imiş.

Fevralın 28-də başlayan münqaişə fonunda İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib.

Seçilən
18
afn.az

1Mənbələr