Tramp kürdləri onu aldatmaqda ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp kürdləri onu aldatmaqda ittiham edib. O, İrandakı etiraz aksiyalarına dəstək məqsədilə kürdlər vasitəsilə göndərdiyi silahların ünvanına çatmadığını bildirib.
“Biz bir miqdar silah göndərmişdik; o, etirazlar üçün İran xalqına çatmalı idi. Bilirsiniz nə oldu? Silahları vasitəçilərimiz olan həmin qrup özlərində saxladı. Mən müəyyən bir qrup insandan çox narazıyam və onlar bunun bədəlini ağır ödəyəcəklər”, – Tramp qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl silahların kürdlərə verildiyini və onların da bunu etirazçılara çatdırmalı olduğunu bəyan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az