AZ

Üzücü məqam Kamran Bayramovun ciddi zədə alması oldu Şahin Diniyev Antalya turnirini dəyərləndirdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən həftə Türkiyənin Antalya şəhərində keçirilən parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan Milli Məclisinin deputatlarından ibarət komandası iştirak edib. Altı komandanın mübarizə apardığı yarışda təmsilçimizə Azərbaycanın futbol millisinin sabiq baş məşqçisi Şahin Diniyev rəhbərlik edib.

Təcrübəli mütəxəssis Fanat.Az-a açıqlamasında turnirlə bağlı təəssüratlarını bölüşüb:

“Budəfəki yarışa sırf türk dövlətlərinin deputatlarından parlamentdə təmsil olunan rəsmilərdən ibarət 6 komanda qatılmışdı. İlk görüşdə Qırğızıstana 1:2 hesabı ilə uduzsaq da, Şimali Kipr Türk Respublikasına 3:0 qalib gəlib qrup birincisi kimi finala yüksəldik. Final oyununda Türkiyə komandası ilə maraqlı oyun oldu. Meydan sahibləri sonda 3:1 hesablı qələbə qazandılar. Üzücü məqam deputatımız Kamran Bayramovun ciddi zədə alması oldu. O, menisk zədəsi aldı. Bizim komandada sırf deputatlar yer almışdısa, Türkiyə komandasında hazırda parlamentdə təmsil olunan 3 keçmiş futbolçu var idi. Buna baxmayaraq, millət vəkillərimiz yaxşı oyun sərgilədilər. Turnir türk dövlətləri arasında həm idman, həm də dostluq münasibətlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. ”.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
fanat.az

2Mənbələr