AZ

“İranın strateji müqaviməti ABŞ əməliyyatlarını çətinləşdirir“

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ lideri Donald Trampın İrana verdiyi 48 saatlıq müddət başa çatmaq üzrədir. 

Gununsesi.info  İran mətbuatına istinadən xəbər verir ki, artıq ABŞ və İsrail qırıcıları İranın infrastrukturunu hədəf almağa başlayıb. 

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, bundan əvvəlki dövrlərdə də təhdidlər mövcud olub:

“Xüsusilə, razılığa gəlinməyəcəyi halda İrana qarşı daha sərt tədbirlər görüləcəyi barədə mövqelər bildirilib.

Həm Tramp, həm də İsrail rəhbərliyi bu mövqeni nümayiş etdirib. Lakin müharibə tam gücü ilə davam edir və artıq məlumatlar göstərir ki, ABŞ tərəfi etiraf edir. İran rəsmiləri, xüsusilə bu prosesləri idarə edən şəxslər, danışıqların tərəfdarı olmadıqlarını və ABŞ ilə heç bir danışığa getməyəcəklərini bildirirlər.

Müharibə ciddi şəkildə davam edir. Bundan əvvəlki 12 günlük müharibədə İran daha zəif görünürdü. Faktiki olaraq edilən zərbələr nəticəsində İran geri çəkilmiş, infrastrukturu dağılıb, nüvə obyektləri, nüvə strategiyasını idarə edən alimlər və Sepahın bir sıra generalları vurulmuşdu.

İlkin proqnozlar İranın qısa müddətdə kapitulyasiya edəcəyini göstərirdi. İlk gündən İranın ali dini lideri, Sepah rəhbərləri və bir sıra digər yüksək rütbəli şəxslər sıradan çıxarılmışdı. Lakin bu dəfə İran ciddi şəkildə hazırlaşıb və göstərdiyi müqavimət heç kəs tərəfindən proqnozlaşdırılmamışdı.

Bugün İran öz müqaviməti ilə ABŞ-nin həm Körfəz ölkələrində, həm də digər ərazilərdəki hərbi obyektlərinə zərbələr endirir. Eyni zamanda İsrail şəhərləri, o cümlədən Tel-Əviv, Hayfa və digər şəhərlərdə hərbi infrastruktura ciddi zərbələr vurulur.

Müharibə göstərdi ki, ABŞ və İsrailin böyük gücə sahib olması və qarşısında heç bir qüvvənin dayana bilməyəcəyi fikri səhvdir. İrana rəhbərlik edən strukturların dayanıqlığı ortaya çıxıb.

Sistem olaraq, rəhbərlərin sıradan çıxarılması fonunda digər şəxslər dərhal vəsaiti üzərinə götürür. Bu, əvvəlcədən işlənmiş bir mexanizmdir və indiki müharibədə daha səmərəli işləyir.

İsrail kəşfiyyatının məlumatına görə, İranın hələ 100 minə yaxın balistik raketi mövcuddur. Bu, gündəlik 10 raket istifadə edilsə belə, müharibənin 100 gün davam edə biləcəyini göstərir“.

Deputat əlavə edib ki, Trampın verdiyi 48 saat müddətindən sonra, əgər qarşı tərəf danışıqlara getməyəcəksə və kapitulyasiya etməyəcəksə, daha ciddi tədbirlər görüləcək:

“Quru əməliyyatlarına başlamaq isə Amerika Silahlı Qüvvələri üçün riskli olardı, çünki İran digər region ölkələrindən fərqli olaraq daha güclü müqavimət göstərir.

Əvvəlki 12 günlük müharibədə ABŞ hədəf olaraq İranın nüvə arsenalını sıradan çıxarmağı və zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyi nəzərdə tuturdu. İndiki müharibədə əsas hədəf İranın mövcud rejimini dəyişdirməkdir.

ABŞ prezidentinin son açıqlamalarında İranda rejim dəyişikliyinin baş verəcəyi vurğulanır, lakin bu dəyişiklik konkret olaraq məlum deyil. Sistem olaraq, Sepah generalları bir-birini əvəz edir və rəhbərlik davam edir.

İranda əslində geniş mənada sistem dəyişməli olsa da, ABŞ bunu insan hüquqlarının pozulması və etirazçıların qətlə yetirilməsi fonunda normal sistemin formalaşması kimi təqdim edir. Əsas məqsəd isə İranda enerji və zəngin ehtiyatlara nəzarət etməkdir, eyni kimi Venezuelada görülən siyasətdə olduğu kimi“.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr