AZ

Tramp: İran sivilizasiyası 7 apreldə məhv ola bilər

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İran sivilizasiyası aprelin 7-si axşamı ABŞ-ın təklif etdiyi razılaşma ultimatumunun müddəti bitdikdən sonra məhv ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barə o, "Truth Social" sosial platformasında yazıb.

“Bu axşam bir bütün sivilizasiya məhv olacaq və onu geri qaytarmaq mümkün olmayacaq. Bu baş verməsini istəmirəm, amma ehtimal ki, belə olacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.

“Amma indi, tam və yekun rejim dəyişikliyinin baş verdiyi bir vaxtda, daha ağıllı və radikallaşmamış şəxslərin üstünlük qazanması nəticəsində, bəlkə də inqilabi və müsbət bir hadisə baş verə bilər. Kim bilir? Bunu bu axşam, dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan birində öyrənəcəyik”, – deyə Tramp əlavə edib.

Amerika lideri martın 26-da İranın enerji infrastrukturu obyektlərinə zərbələrin 10 gün müddətinə – 6 aprelin 20:00-na (7 aprelin 04:00-a) qədər dayandırıldığını elan etmişdi. Daha sonra "Axios" portalının verdiyi məlumata görə, ABŞ Prezidenti İranla mümkün razılaşma müddətini bir gün uzadıb. Tramp "Truth Social"da heç bir açıqlama vermədən “Çərşənbə axşamı, ABŞ-ın Şərq Sahili vaxtı ilə 20:00 (8 aprel, 04:00)” yazaraq bunu işarə etmişdi.

Bazar ertəsi günü isə Tramp İrandakı bütün körpülər və elektrik stansiyalarının məhv ediləcəyi ilə hədələyib və daha ağır nəticələr olacağını bildirmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
bizimyol.info

1Mənbələr