AZ

Xəyanətin qiyməti 20 000 manatdır

Saglamolun portalından alınan məlumata görə, ain.az xəbər verir.

YENİ QƏRAR

“İnsanlar niyə xəyanət edir?” ABŞ-da aparılan sorğuya görə, xəyanətin əsas səbəblərindən biri emosional çatışmazlıqdır. Partnyorlar arasında diqqət və anlayış azaldıqda, insanlar bu boşluğu başqa münasibətlərdə doldurmağa çalışır. Mütəxəssislər qeyd edib ki, xəyanət tək bir səbəbdən yaranmır. Bu, fərdi xüsusiyyətlər, münasibət dinamikası və emosional ehtiyacların qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb prosesdir.Azərbaycanda həyat yoldaşına xəyanət, hüquqi baxımdan müəyyən nəticələrə səbəb olur. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. 2026-cı ildən etibarən qüvvəyə minən qərarın etibarlılığı keçmiş xəyanətlərə aid deyil. Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyəqətin alçaldılması üzrə iddialarını qaldıra bilər. Təmin olunduğu halda, bu məbləğ 10–20 min manat arasında dəyişəcək.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
saglamolun.az

1Mənbələr