AZ

Vens Ukrayna münaqişəsinin diplomatik yolla həlliniVURĞULADI

ABŞ-nin vitse-prezidenti C.D. Vens Ukrayna münaqişəsinin həllində yeganə yolun diplomatik səylər olduğunu bildirib və tərəfləri danışıqlara çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında çıxış edən Vens qeyd edib ki, ABŞ münaqişədən məmnun deyil və onun tezliklə başa çatmasını istəyir.

“Bu, müzakirə mövzusu deyil. Sual budur ki, bunu necə əldə etmək olar. Həll yolu isə mikrofon qarşısında sərt görünməyə çalışan, lakin döyüş meydanında başqalarının vuruşduğu siyasətçilər deyil. Həll davamlı diplomatiya vasitəsilə tapıla bilər”, - deyə ABŞ vitse-prezidenti bildirib.

NURİYYƏ

Seçilən
45
1
redaktor.az

2Mənbələr