Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq taekvondo üzrə gənclər arasında dünya birinciliyinə 15 idmançı ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Taekvondo Federasiyası yayıb.
Heyətdə 10 oğlan və 5 qız idmançı yer alıb.
Turnirdə Rasim Xəlilov (45 kq), İlyas Hətəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq), Allahverdi Məmmədov (+78 kq), Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya birinciliyi aprelin 12–17-də keçiriləcək.