AZ

Bank kartları ilə ödəniş gecikmələri: sərnişinlər nə bilməlidir? KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Aprelin 6-dan etibarən NFC funksiyalı bank kartları ilə ictimai nəqliyyatda həyata keçirilmiş, lakin müxtəlif texniki səbəblərdən vaxtında silinməmiş ödənişlərin mərhələli şəkildə tutulmasına başlanılıb. Bu proses xüsusilə oktyabr–aprel aylarını əhatə edən dövrdə yaranmış gecikmiş ödənişləri əhatə edir və sərnişinlər arasında müəyyən narahatlıqlara səbəb olub.

Bəs gecikmiş ödənişlərin kütləvi şəkildə tutulması sərnişinlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yaranmış vəziyyət texniki problemlərlə bağlıdır.

“NFC kartları vasitəsilə edilən ödənişlərin vaxtında balansdan çıxmaması bank sistemləri ilə nəqliyyat ödəmə infrastrukturu arasında məlumat ötürülməsində baş verən uyğunsuzluqlardan qaynaqlanır. Bu proses bank sistemləri və avtomatlaşdırılmış ödəniş mexanizmlərinin birgə fəaliyyəti çərçivəsində formalaşır və müəyyən hallarda gecikmələr baş verə bilər. Nəticədə əvvəlcədən istifadə edilmiş xidmətlərin haqqı sonradan tutulur”, – ekspert bildirib.

Aslan Əsədov əlavə edib ki, gecikmiş ödənişlərin birdən-birə balansdan çıxılması sərnişinlərdə narahatlıq yarada bilər.

“Bəzi hallarda sərnişinlər gediş haqqını artıq ödədiklərini düşünə bilərlər, lakin sistemdə həmin ödənişlər qeydə alınmadığı üçün sonradan əlavə vəsait tutulur. Bu isə faktiki olaraq bir gediş üçün iki dəfə ödəniş edilməsi kimi qəbul olunur və narazılığa səbəb olur.

Belə halların qarşısını almaq üçün artıq ödənilmiş və ya təkrar tutulmuş məbləğlərin vətəndaşların balansına geri qaytarılması vacibdir. Bütün əməliyyatlar bank və ödəniş sistemlərində qeydiyyatda olduğundan, bu vəsaitlərin geri qaytarılması texniki baxımdan mümkündür və sərnişin məmnunluğunu təmin edə bilər”, – ekspert qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
konkret.az

2Mənbələr