AZ

Şagird müəlliməni bıçaqlayıb öldürdü – Permdə qanlı insident

Rusiya Federasiyasının Perm diyarında 17 yaşlı şagird məktəbin girişinin yaxınlığında qadın müəllimə bıçaqla hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə 7 apreldə bölgə qubernatoru Dmitri Maxonin məlumat verib.
Hadisə Dobryankadakı 5 nömrəli məktəbin yaxınlığında baş verib. Hücuma məruz qalan sinif rəhbəri, rus dili və ədəbiyyatı müəllimi Olesya Baquta olub.

Şagirdin müəllmə imtahana buraxılmadığı üçün hücum etdiyi ehtimal olunur. O, bıçaqla müəllimin kürəyinə, sinəsinə, boynuna və qarnına zərbə endirib.

Hücumdan sonra gənc sinif yoldaşlarına da hücum etməyə cəhd edib, onları bıçaqla hədələyib və qışqırıb ki, onların hamısını cəzalandıracaq.

Müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə kömək etmək üçün Permdən Dobryankaya hava yolu ilə təcili yardım qrupu göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının xilas etmək mümkün olmayıb.

Şagirdin hücumunun qurbanı olan Olesya Baquta 2018-ci ildə "İlin müəllimi" müsabiqəsinin qalibi olub. O, 35 ildən çox şagirdlərə dərs deyib.

Dobryanski şəhər rayonunun rəhbəri Dmitri Antonovun sözlərinə görə, sinif müəlliminə bıçaqla hücum edən yeniyetmə polisdə qeydiyyatdadır.

Oğlanı tanıyanlar onun müəllimlərə söyüş söydüynün, nalayiq hərəkətlərə yol verdiyini, iki il öncə sinif yoldaşı olan qızı təhdid etdiyini bildiriblər.

Hazırda o, saxlanılıb və barəsində cinayət işi açılıb.

Musavat.com

 

Seçilən
22
1
musavat.com

2Mənbələr