AZ

İş saatları azaldıla bilər AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çində bəzi şirkətlərin süni intellekt texnologiyasından istifadə edərək işçiləri əvəz etməsi və onların “rəqəmsal surətlərinin” yaradılması müzakirələrə səbəb olub. Əsas sual isə ondan ibarətdir ki, bu tendensiya əmək bazarında işçi yerlərinin strukturuna, gəlir bölgüsünə və sosial rifaha hansı təsirləri göstərə bilər. İnsan əməyinin texnologiya ilə əvəzlənməsi potensial olaraq işsizlik riskini artırır, sosial bərabərsizliyi dərinləşdirə bilər və karyera inkişafına maneçilik yarada bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, süni intellekt texnologiyalarının müxtəlif sahələrdə insanları əvəz etməsi, bəzi yerlərdə işçi qüvvəsinin ixtisarını labüd edə bilər."Lakin tarixin və texnologiyanın inkişafını nəzərdən keçirsək, görürük ki, hər zaman texnologiyanın inkişafı ilə bağlı cəmiyyətdə belə bir fikir formalaşıb ki, insan əməyi texnika ilə əvəz olunarsa, işsizliyin artması qaçılmaz olacaq. Əslində isə yeni texnologiyalar insan fəaliyyətini tamamilə əvəz etməkdən çox, onun fəaliyyətini digər sahələrdə daha məhsuldar reallaşdırmaq imkanlarını yaradır və yeni mikrostruktur institusiyaların formalaşmasına şərait yaradır".Ekspert bildirib ki, hazırda süni intellekt texnologiyaları bəzi xidmət sahələrində müəyyən funksiyaları əvəz edə bilir, amma istehsalat və idarəetmə prosesində insanı tamamilə əvəz etməsi qeyri-mümkündür. "Vaşinqton alimlərinin də qeyd etdiyi kimi, süni intellekt insanların fəaliyyətini tamamilə təcrid etmək məqsədini daşımır, əksinə, bu texnologiyalar istehsalat və xidmət sahələrində insanın işini daha qısa müddətdə və keyfiyyətli yerinə yetirməsinə xidmət edir. Bəzi xidmət sahələrində insan fəaliyyəti əvəzlənə bilər, amma bütövlükdə süni intellekt insanı tam əvəz edə bilməz, çünki onun yaradılmasında əsas amil insanın özüdür. İnsan fəaliyyətinin alternativ potensialları daim ortaya çıxır və süni intellektlə yanaşı yeni texnologiyalar da inkişaf edir. Bundan əlavə, süni intellektin təhlükəsizliyinin təmin olunması, insan kapitalı və milli çərçivədə idarə olunması məsələləri də onun tam əvəzlənməsini çətinləşdirir. Çində bəzi sahələrdə işçi qüvvəsinin azalması müşahidə oluna bilər, lakin süni intellekt digər sahələrdə yeni fəaliyyət və xidmət imkanları yaradır. Bu baxımdan, süni intellektin inkişafı heç də təhlükəli tendensiya yaratmır. Əksinə, hazırda onun inkişafı cəmiyyət və dövlət üçün prioritet mövzuya çevrilib və ictimai inkişaf paradiqması daxilində mühüm rol oynayır".Onun sözlərinə görə, süni intellektin inkişafı insanların işini daha sürətli və keyfiyyətli yerinə yetirməsinə hesablanıb. "Bununla bərabər, iş saatlarının azalması da mümkün olur; məsələn, səkkiz saatlıq iş günü texnologiyanın inkişafı ilə mümkün olub və indi süni intellektlə idarə olunan proseslər insanların altı və ya dörd saatlıq iş müddətində daha çox iş görə bilməsini təmin edə bilər. Buna görə də süni intellektin inkişafını yalnız işçi qüvvəsinin əvəzlənməsi kimi neqativ yox, həm də proqressiv və dayanıqlı inkişaf perspektivi kimi qəbul etmək lazımdır. Bu, iş saatlarının azaldılması və insanların rifahının yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
demokrat.az

2Mənbələr