AZ

Cəmi bir ay vaxtları qalıb Hərbi ekspert

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Bildiyimiz kimi, son bir həftə ərzində ABŞ İran ilə danışıqlar aparmaq üçün təkliflər edib. Lakin İran bu təklifləri rədd edib.

Bəs İranın müharibəni uzatmağa hərbi resursları yetirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev qeyd etdi ki, İranın hazırkı hava hücumundan müdafiə qoşunları, hərbi dəniz və hərbi hava qüvvələrinin vəziyyəti ölkəyə uzunmüddətli döyüş əməliyyatları aparmağa imkan vermir:

"Bu qoşun növlərinin və hərbi qüvvələrin ən azı 70 faizi artıq ABŞ tərəfindən sıradan çıxarılsa da, İranın arsenalında hələ də müəyyən miqdarda raket və kamikadze tipli zərbə dronları qalmaqdadır. Hazırda İranın ABŞ və İsrailə qarşı müqaviməti məhz bu məhdud sayda raketlər və nisbətən daha çox üstünlük təşkil edən dronlar vasitəsilə həyata keçirilir. Son on gün ərzində ABŞ və İsrailin İranın enerji infrastrukturuna zərbə endirməməsi müharibənin bir qədər uzanmasına səbəb olsa da, mövcud vəziyyəti və güc balansını nəzərə alaraq deyə bilərik ki, İran ayın sonuna qədər ABŞ-nin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur ediləcək. Bu proqnozun gerçəkləşməsi üçün yeganə şərt ABŞ və İsrailin döyüş əməliyyatlarını fasiləsiz və intensiv şəkildə davam etdirməsidir".

Müsahibimizin fikrincə, bir ay ərzində aparılacaq intensiv hərbi əməliyyatlar İranın ABŞ və İsrail qarşısında tam məğlubiyyəti ilə nəticələnəcək.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr