AZ

ABŞ və Macarıstanın ortaq problemi Brüsseldir Viktor Orban

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Birləşmiş Ştatlar və Macarıstan "Brüssel" adlanan və bütün Qərb sivilizasiyasını təhdid edən bir böyük problemlə üz-üzədir.

Redaktor.az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin də iştirak etdiyi Amerika-Macarıstan dostluğu günü qeyd olunarkən çıxışı zamanı ifadə edib.

Hökumət başçısı amerikalıların Qərb sivilizasiyasının gələcəyindən narahat olduqlarını və macarlarla onların "Brüssel" adlı ortaq problemi olduğunu bildirib. O qeyd edib ki, qondarma mütərəqqi ideologiyanın tərəfdarları ABŞ-da döyüşü uduzublar və indi diqqətlərini Avropa İttifaqında cəmləşdiriblər.

Orbanın iddiasına görə, onlar Brüsselə köçüblər və ağır itkilər versələr də, hələ də böyük gücə malikdirlər. Baş nazir onların Avropanın ənənəvi Qərb dəyərlərinə və sağlam düşüncəyə qayıtmasına mane olmaq iqtidarında olduqlarını vurğulayıb. Onun sözlərinə görə, mütərəqqi ideologiyalar əvvəlcə xristian əsasları üzərində təşkil edilmiş Avropa İttifaqını kölə halına salır, Brüssel isə gender ideologiyası və miqrasiyanı Avropanın təşkilatçı qüvvəsinə çevirmək istəyir. O, siyasi rəqiblərin təqiblərə məruz qaldığını, Avropa İttifaqı təsisatlarının isə onların hakimiyyətinə təhlükə yaradan hər kəsi susdurmaq üçün istifadə edildiyini iddia edib.

Baş nazir sözlərinə davam edərək bildirib ki, qitə yavaş-yavaş, lakin qaçılmaz şəkildə şikəst halına gəlir, lakin onlar Ukraynadakı müharibəni davam etdirmək niyyətindədirlər. Orban qeyd edib ki, həmin qüvvələr ukraynalıları sona qədər dəstəkləyəcəklərini deyirlər və gənclərimizi Aİ bayrağı altında cəbhəyə göndərmək arzularını gizlətmirlər.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
redaktor.az

2Mənbələr