AZ

"Qobu Park II" yaşayış kompleksində yerləşən poliklinikada antisanitar vəziyyətVİDEO

Lökbatan qəsəbəsi, Qobu Park II yaşayış kompleksində yerləşən poliklinikanın tavanından daman su səhiyyə müəssisəsində problemlərə yol açıb. Divarlar və döşəmə yararsız hala düşüb.

Xezerxeber.az xəbər verir ki, Şuşa Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan polinikanın kollektivi də, müayinə üçün yaxınlaşan vətəndaşlar da yaranmış anisanitar vəziyyətdən əziyyət çəkdiklərini deyirlər.

Vətəndaşlar da mövcud vəziyyətdən narazılıqlarını ifadə edirlər.

Polikilinikanin şöbə müdiri Arzu Hüseynova qeyd edib ki, 15-dən çox keçmiş məcburi köçkün ailəsinə xidmət edən tibb ocağında yaranmış vəziyyətdən aidiyyəti qurumlar xəbərdardır.

Biz də sözügedən mənzildə yaşayan sakinlə görüşmək, iddialara aydınlıq gətirməsini istədik.

Amma, qapını üzümüzə açan olmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
5
xezerxeber.az

8Mənbələr