BAKI, 8 aprel. TELEQRAF
"The New York Post" qəzetinin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranın cənubunda vurulan ikinci amerikalı pilotun yerini müəyyən etmək və xilas etmək üçün "Ghost Murmur" adlı yeni futuristik alətdən istifadə edib.
Teleqraf xəbər verir ki, media orqanının məlumatına görə, gizli texnologiya insanın ürək döyüntüsünün elektromaqnitizini aşkar etmək və məlumatları süni intellekt proqramı ilə müqayisə etmək üçün uzun mənzilli kvant maqnetometriyasına əsaslanır.
Kəşfiyyat agentliyi bu alətdən ilk dəfə sahədə istifadə edib və bazar ertəsi günortadan sonra ABŞ prezidenti Donald Tramp və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Ağ Evdə keçirilən brifinqdə bunu xatırladıblar.
Proqramla tanış olan bir mənbə qəzetə bildirib ki, bu alət sayəsində səsi sanki stadionda eşidirsən, amma oyunlar uzaqda gedir. Alətin ssyəsində ürək döyüntülərini məsafədən eşitmək olur.
"Ghost Murmur" aerokosmik nəhəngi gizli qabaqcıl tədqiqat bölməsi olan "Skunk Works" tərəfindən hazırlanıb.
İkinci mənbə bildirib ki, texnologiya gələcəkdə F-35 qırıcılarında istifadə üçün "Black Hawk" helikopterlərində uğurla sınaqdan keçirilib.