AZ

90 yaşlı qadın Ginnes rekordçusu oldu

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

90 yaşlı qadın dünya rekordu qıraraq Ginnesin Rekordlar Kitabına düşüb.

Axşam.az xəbər verir ki, ABŞ vətəndaşı Enn Krayl Esselstin turnikdə təxminən üç dəqiqə asılı qalaraq öz yaş kateqoriyası üzrə əvvəlki rekordu geridə qoyub.

O, uşaqlıqdan idmanla məşğul olub və müxtəlif sahələrdə özünü sınayıb. Lakin rekordu məhz bu qədər irəli yaşda əldə edib. Qadının sözlərinə görə, hazırlıq prosesi cəmi bir ay davam edib.

Bu uğura onu oğlu tərəfindən təqdim edilən sadə bir fitnes çağırışı ruhlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
axsam.az

3Mənbələr