İranın ali rəhbəri Müctəba Xameneinin ictimai məkanda görünməməsi İslam Respublikasının müqavimətini yalnız gücləndirir, çünki bu, mübarizə üçün əlavə stimul verir.
"Yeni Sabah" Publika.az-a istinadla xəbər verir ki, bunu politoloq Georgi Asatryan deyib.
Analitikin sözlərinə görə, bu, iranlıların bir növ dahi olduqları üçün deyil, sadəcə gizlənmədikləri üçün baş verir.
O qeyd edib ki, əvvəlki ali rəhbər Əli Xameneinin qətlə yetirilməsi İranın müqavimət potensialını azaltmayıb, əksinə, yeni motivlər yaradıb.
Asatryan əlavə edib ki, İran rəhbərliyinə qarşı cəza tədbirləri yalnız hakimiyyətə ABŞ-a qarşı daha kəskin münasibət bəsləyən və güzəştə getməyə hazır olmayan daha gənc hərbçilərin və məmurların yolunu açır.
Telegram kanalımız