AZ

Nüvə zərbəsi təhlükəsi: BMT İranla bağlı vəziyyətdən ciddi narahatdır

BMT Baş katibi Trampın “İran sivilizasiyasını məhv etmək” təhdidindən narahatdır.

İnterpress.az xəbər verir ki, bu barədə “BMT-nin mətbuat xidməti” məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Donald Trampın İran sivilizasiyasının məhv edilməsi ilə bağlı verdiyi bəyanatdan və bu gecə baş verə biləcək nüvə zərbəsi təhdidlərindən ciddi narahatlığını ifadə edib.

Baş katib bildirib ki, heç bir hərbi hədəf cəmiyyətin infrastrukturunun tamamilə məhv edilməsini və ya mülki əhaliyə qəsdən iztirab verilməsini əsaslandıra bilməz. BMT rəsmisi bütün tərəfləri təmkinli olmağa və beynəlxalq humanitar hüququn prinsiplərinə əməl etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr