Tehran sakinləri kütləvi şəkildə şəhəri tərk edir.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
İranda vəziyyətin gərginləşməsi fonunda Tehran sakinlərinin şəhərdən kütləvi axını başlayıb.
Enerji stansiyalarına zərbələr endiriləcəyi ilə bağlı yaranan qorxular səbəbindən insanlar təhlükəsiz hesab etdikləri Xəzər dənizi sahilindəki şimal əyalətlərinə üz tuturlar.
Qeyd olunur ki, müharibənin başlanğıcından bu yana paytaxtda belə bir köç və panika halları müşahidə olunmayıb.
Xuraman Etibarlı
İnterpress.az