Ötən ilin avqust ayında Los-Ancelesdə yarıçılpaq gəzərkən polis əməkdaşlarına hücum etdiyinə görə həbs edilən reper Lil Nas X-in məhkəməsi ABŞ-ın Kaliforniya ştatında dayandırılıb. Məhkəmə onun məcburi müalicə üçün psixiatrik xəstəxanaya göndərilməsi barədə qərar qəbul edib. Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat verir. Hakim Alan Şnayder Lil Nas X-ə bildirib ki, əgər o, psixiatrik xəstəxanada iki il psixiatrik terapiya keçirsə və heç bir qanunu pozmasa, ona qarşı irəli sürülən ittihamlar ləğv ediləcək.
Qeyd etmək lazımdır ki, polis məmuruna hücum etmək ağır cinayətdir və maksimum beş il həbs cəzası nəzərdə tutur. Bundan əlavə, əsl adı Montero Lamar Hill olan Lil Nas X də həbsə müqavimət göstərməkdə ittiham olunub.