AZ

Dünyada şokolad qıtlığı yaranacaq

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İqlim dəyişikliyi şokoladın əsas xammalı olan kakao bitkilərinin məhv olmasına səbəb ola bilər. "Green Economy Coalition" (GEC) təşkilatı bu barədə ciddi xəbərdarlıq yayıb. Qeyri-sabit hava şəraiti, həddindən artıq istilər və kənd təsərrüfatı xəstəlikləri qlobal şokolad tələbatını ödəyən ölkələri çətin vəziyyətə salıb.Ekspertlər bildirirlər ki, ciddi müdaxilə edilməsə, Qərbi Afrika regionu 2050-ci ilə qədər kakao yetişdirilməsi üçün tamamilə yararsız hala düşə bilər. Bu isə dünya şokolad istehsalı üçün böyük təhlükədir, çünki xammalın 91 faizindən çoxu məhz həmin bölgələrin payına düşür. Kakao ağaclarının məhv olması şokoladın həm bahalaşmasına, həm də qıtlığına gətirib çıxara bilər.Bununla yanaşı, dünyada şokolada olan maraq azalmır. BMT-nin "Comtrade" platformasının 2025-ci ilin ilk doqquz ayına olan məlumatına görə, Qazaxıstan və Belarus ən çox şokolad idxal edən ölkələr sırasındadır. Regionda şokolad istehlakı kifayət qədər yüksəkdir və bu məhsulun əsas alıcıları arasında Azərbaycan da yer alır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr