Karlo Ançelotti tezliklə Braziliya Futbol Konfederasiyası ilə yeni müqavilə imzalayacaq. Bu müqaviləyə əsasən, Ançelotti 2030-cu il Dünya Kubokunun sonuna qədər Braziliya millisinə rəhbərlik edəcək.
Publika.az xəbər verir ki, ESPN-in Braziliya bürosunun məlumatına görə, müqavilənin uzadılmasından sonra Ançelottinin maaşı dəyişməz qalacaq və ildə 10 milyon avro təşkil edəcək.
Son Dünya Kubokunda Braziliya komandası dörddəbir finalda Xorvatiyaya penaltilər seriyasında məğlub olub.