AZ

BMT Baş katibi ABŞ və İran arasında əldə olunan atəşkəsi alqışlayıb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ və İran arasında atəşkəs rejiminin elan olunmasını alqışlayıb və bütün tərəfləri beynəlxalq hüquqa, eləcə də razılaşmanın şərtlərinə əməl etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Baş katib ABŞ və İran arasında iki həftəlik atəşkəsin elanını müsbət qarşılayır. O, Yaxın Şərqdə davam edən münaqişənin bütün tərəflərini beynəlxalq hüquq qarşısında öhdəliklərini yerinə yetirməyə, həmçinin regionda uzunmüddətli və hərtərəfli sülhə yol açmaq üçün atəşkəsin şərtlərinə riayət etməyə çağırıb.

Sənəddə həmçinin vurğulanır ki, hərbi əməliyyatların dayandırılması mülki əhalinin qorunması baxımından təxirəsalınmaz zərurətdir. Baş katib eyni zamanda atəşkəsin əldə olunmasına yardım göstərən Pakistan və digər vasitəçilərə minnətdarlığını ifadə edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr