AZ

Quterreş ABŞ ilə İran arasında atəşkəsi alqışlayıb

BMT Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın İranın şərtlərini qəbul etməsi və atəşkəsi alqışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

"O, Yaxın Şərqdəki hazırkı münaqişənin bütün tərəflərini beynəlxalq hüquq üzrə öhdəliklərinə əməl etməyə və atəşkəsin şərtlərinə riayət etməyə çağırır ki, regionda davamlı və hərtərəfli sülhə yol açılsın", - Dujarrik qeyd edib.

Onun sözlərinə görə, A. Quterreş mülki vətəndaşların həyatını qorumaq üçün savaşa son qoyulmasını vacib sayıb.

Seçilən
11
4
bakivaxti.az

5Mənbələr