AZ

Bu ölkə ÇL-də 5 klubla təmsil olunacaq: Say 7-yə qədər arta bilər

2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsinə 5 İngiltərə klubu vəsiqə qazanacaq.

Publika.az xəbər verir ki, bu əlavə yer "Arsenal"ın "Sportinq" üzərində 1:0 hesablı qələbəsi sayəsində əldə edilib.

Xatırladaq ki, Çempionlar Liqasının final mərhələsində iştirakçı sayı 36 komandaya çatdırıldıqdan sonra iki əlavə vəsiqə UEFA əmsallar cədvəlində mövsüm üzrə ən çox xal toplayan ölkələrə verilir. “Arsenal”ın qələbəsi İngiltərə klublarının 2025/2026 mövsümündə topladığı xalları 25,013-ə çatdırıb. İkinci əlavə vəsiqə uğrunda Almaniya və İspaniya mübarizə aparır.

Hazırda Premyer Liqada beşinci pillədə 49 xalla "Liverpul" qərarlaşıb. Onu 48 xalla "Çelsi" izləyir. Sonrakı sıralarda isə hərəyə 46 xalı olan "Brentford" və "Everton" gəlir.

Seçilən
12
publika.az

1Mənbələr