AZ

"Uğura inanmayan hər kəs Madriddə qala bilər" - Arbeloa təslim olmur

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandasının Çempionlar Liqasında "Bayern Münhen"ə məğlubiyyətini (1:2) şərh edib. 

Fanat.Az xəbər verir ki, o, məğlubiyyətə baxmayaraq, yarımfinala adlaya biləcəklərini deyib.

"AS" nəşri Arbeloanın oyunsonrası mətbuat konfransında söylədiklərini belə çatdırıb: 

"Bir az daha şanslı olsaydıq, məğlubiyyətdən yayınmaq olardı. Topu itirməklə iki səhv etdik. Bunu etməməli idik, oyundan əvvəl bu kimi rəqiblərlə görüşdə belə səhvə görə ağır bədəl ödənildiyini müzakirə etmişdik. Münhendə kimsə qalib gələ bilərsə, bu, yalnız "Real Madrid" ola bilər. 
Noyerin matçın oyunçusu seçilməsi onları məğlub edə biləcəyimizi göstərir. Bu matç bizə çox şey öyrədəcək. Bugünkü oyuna lazımi qədər hazırlaşa bilməmişdik. 

Uğura inanmayan hər kəs Madriddə qala bilər. Güclü xarakterə malik oyunçularım var və soyunma otağında ilk dedikləri bu oldu: "Biz orada qalib gələcəyik".

Qeyd edək ki, 1:2 nəticələnən matçda "Real Madrid"dən Kilian Mbappe 74-cü dəqiqədə, "Bayern"dən isə Luis Dias və Harri Keyn müvafiq olaraq 41-ci və 46-cı dəqiqələrdə qol vurublar.
Cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək.

Seçilən
3
1
fanat.az

2Mənbələr