AZ

Əraqçi atəşkəsə görə bu ölkəyə təşəkkür etdi

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə münaqişədə əldə olunan atəşkəs razılaşmasına görə Pakistan rəsmilərinə təşəkkür edib.

News365.az “Tasnim”ə istinasdən xəbər verir ki, Abbas Əraqçi Ali Milli Təhlükəsizlik Şurası adından bildirib:

“Əziz qardaşım, Pakistanın hörmətli Baş naziri cənab Şahbaz Şərifə və Pakistan Ordusunun hörmətli komandanı cənab Feldmarşal Asim Munirə bölgədəki müharibəyə son qoymaq üçün yorulmaz səylərinə görə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Pakistan Baş naziri Şahbaz Şərif ABŞ-nin 15 bəndlik təklifləri üzrə danışıqlar aparmaq istəyini İrana, Tehranın isə 10 bəndlik təkliflərini Vaşinqtona çatdırıb. Tərəflər bu əsasda danışıqlar üçün atəşkəsə razılaşıblar.

Seçilən
12
4
news365.az

5Mənbələr