AZ

® EMTA və “Expressbank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Expressbank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Expressbank” ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov imzalayıblar.

Müqaviləyə əsasən, EMTA və “Expressbank” ASC Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Tədbir zamanı Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir və dəstək rolunu oynayır.

Öz növbəsində, Mehman Məmmədov Fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirləri hədəfləyən layihələrin həyata keçirilməsinin müasir dövrdə vacibliyindən danışıb və imzalanan müqavilə əsasında əməkdaşlığın gələcək perspektivlərinin geniş olduğunu qeyd edib.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

Seçilən
0
11
azertag.az

10Mənbələr