AZ

“Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə başlanılır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə başlanılır.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir. Layihə çərçivəsində tələbələrə onun publisistik yaradıcılığı, redaksiya fəaliyyəti və milli mətbuatın inkişafına verdiyi töhfələr haqqında dolğun məlumat çatdırılacaq, jurnalistikanın peşə etikası və milli dəyərlər kontekstində formalaşmasının əhəmiyyəti izah olunacaq.

Aprelin 9-u layihənin açılış tədbiri keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr