![]()
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 97 xarici vətəndaşı ölkədən deportasiya ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.
DİN-in məlumatına görə, Gürcüstandan Banqladeş, Misir, Hindistan, İordaniya, Keniya, Çin, Pakistan, Rusiya, Sudan, Somali, Tayland, Türkiyə, Türkmənistan, Özbəkistan və Filippin vətəndaşları çıxarılıb.
Nazirlikdən əlavə ediblər ki, 2026-cı il ərzində ümumilikdə 1000-dən çox qanunsuz miqrant Gürcüstandan qovulub.
Məryəm Quliyeva