AZ

Bakı Limanında səpkili yük aşırımı artıb

2026-cı ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanı 423 min 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə, təqribən, 46 faiz çoxdur.

ADY-dən verilən məlumata əsasən, cari ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu isə əvvəlki ilin eyni dövründə qeydə alınan göstəricidən 94 faiz çox olmaqla yanaşı, aşırılmış səpkili yüklər üzrə aylıq rekord göstəricidir. Bundan əlavə, ötən ay Bakı Limanının ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı qeydə alınıb ki, bu da rekord nəticə hesab olunur.

XQ

Seçilən
13
17
xalqqazeti.az

10Mənbələr