AZ

Dərnəgül deposu ilə "Çinarlı" yaşayış kompleksi arasında tunel işləri hansı mərhələdədir?

Bakı.Trend:

Dərnəgül deposu ərazisindən keçərək “Çinarlı” yaşayışkompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirəcək avtomobil vəpiyada tunellərinin işləri davam etdirilir.

Trend xəbərverir ki, bu barədə bu gün “Bakı Metropoliteni” QSC-nin TikintiLayihələrinin İdarəolunması departamentinin rəis müavini MəmmədRzayev jurnalistlərə açıqlamasında bildirib.

Metro rəsmisi qeyd edib ki, Dərnəgül deposunun ikincimərhələsinin tamamlanması və qismən istismara verilməsi isə məhz bulayihənin yekunlaşmasından asılıdır:

“Tunellərin inşası başa çatdıqdan sonra depo üzrə ikincimərhələdə nəzərdə tutulan tikinti-quraşdırma işləri də yekunlaşacaqvə obyekt mərhələli şəkildə fəaliyyətə başlayacaq”.

Seçilən
16
az.trend.az

1Mənbələr