AZ

Şirvanda bir ailənin 6 üzvünün zəhərləndiyi restoran müəyyən edilib, araşdırma başlanılıb - YENİLƏNİB-2

Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - məlumatda bildirilib.

Emin Şirvanzadə

***

11:33

Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

"İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Günay Elşən

***

10:53

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.

Gülcahan İmanqızı

***

10.28

Şirvanda bir ailənin 6 üzvü zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir ailənin 5 üzvü qida zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirlib.

Onların restorandan evə sifarişlə gətirilən pizzadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
9
apa.az

10Mənbələr