AZ

İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub

İrandan fevralın 28-i saat 08:00-dan aprelin 8-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 379 nəfər təxliyə olunub.

Far.Az report-a istinadən xəbər verir ki, təxliyə olunanların 598 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 733, Rusiyanın 373, Hindistanın 249, Banqladeşin 198, Tacikistanın 192, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 46, Almaniyanın 27, İspaniyanın 26, Kanadanın 26, Fransa 25, Gürcüstan 19 Səudiyyə Ərəbistanı və Yaponiyanın hər birinin 18, Özbəkistanın 17, Bəhreynin 16, ABŞ-nin 15, Polşa və İsveçrənin hər birinin 14, Nigeriya, Qazaxıstan, Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Ruminiya, Çexiya, Avstraliya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
10
15
far.az

10Mənbələr