AZ

İİTKM BMT dən mükafat aldı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) BMT-nin qlobal təşəbbüsü olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Mərkəz 2025-ci il ərzində göstərdiyi fəal fəaliyyətə görə “Active Data Provider of the Year 2026” (2026-cı ilin ən fəal məlumat təminatçısı) statusu ilə təltif olunub. 

Qeyd edək ki, BMT-nin FAO AGRIS platforması dünyada kənd təsərrüfatı və əlaqəli sahələr üzrə ən geniş elmi məlumat bazalarından biri olmaqla, müxtəlif ölkələrdən aparıcı elmi və analitik qurumları bir araya gətirir. Mükafat çərçivəsində İİTKM-ə həmçinin rəsmi beynəlxalq fərqləndirici nişan (badge) təqdim olunub. Bu nişan Mərkəzin rəsmi veb-saytında yerləşdirilərək onun “FAO AGRIS” qlobal şəbəkəsində aktiv və etibarlı tərəfdaş kimi statusunu vizual şəkildə təsdiqləyir.

İİTKM-in bu uğuru Azərbaycanın beynəlxalq elmi əməkdaşlıqda artan rolunun, məlumat əsaslı idarəetmə və analitik yanaşmaların tətbiqində əldə olunan nailiyyətlərin bariz göstəricisidir. Mərkəz bundan sonra da qlobal bilik mübadiləsinə töhfə verməyi, beynəlxalq platformalarda fəal iştirakını genişləndirməyi və ölkəmizin intellektual potensialını dünya miqyasında daha da tanıtmağı qarşıya məqsəd qoyur.

Qeyd edək ki, FAO AGRIS şəbəkəsində aktivliyin davam etdirilməsi bu nüfuzlu statusun gələcək illərdə də qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. İİTKM bu istiqamətdə fəaliyyətini davam etdirərək beynəlxalq tərəfdaşlıqlarını daha da gücləndirməyi planlaşdırır.  

Mənbə:https://www.fao.org/agris/data-provider/center-analysis-economic-reforms-and-communication

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr