AZ

AKİ nin qurultayı nə vaxt keçiriləcək?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprel ayının sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.

“Təxmin edirik ki, qurultay may ayının ortalarında - ayın 10-u ilə 17-si arasında keçiriləcək. Dəqiq tarixə isə İdarə Heyəti qərar verəcək.

Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir, onun gecikdirilməsi təşkilat üçün böyük zərbə olar", - sorğunun cavabında vurğulanıb.

Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.

Qeyd edək ki, o, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi dünən Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
9
cebheinfo.az

10Mənbələr