"Qarabağ"ın "Karvan Yevlax" üzərindəki 7:0 hesablı qələbəsi Misli Premyer Liqasında son 4 mövsümün rekordu olub.
Offsideplus.az xəbər verir ki, XXVI turda qeydə alınan bu nəticə son 4 çempionatın ən böyükhesablı qələbəsidir. Azərbaycan birinciliklərində bundan daha böyük fərq sonuncu dəfə 4 il əvvəl - 15 aprel 2022-ci ildə qeydə alınmışdı.
Həmin vaxt "Qarabağ" "Şamaxı"nı 8:0 hesabı ilə məğlub etmişdi.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində artıq 47-ci dəfədir ki, bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə üstələyir.