ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Bu gün 1-ci liqada növbəti – 21-ci tura start veriləcək. "Football-plus.az" xəbər verir ki, “Baku Sportinq” MOİK-i yenməklə ikinci pillədə möhkəmlənməyə çalışacaqsa, “hərbçilər” məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdırmaq istəyəcək. “Cəbrayıl” – “Zaqatala” matçında qonşu pillələrdə qərarlaşanlar münasibətləri aydınlaşdıracaq, 4 oyundu qələbəyə həsrət qalan Rüstəm Məmmədovun komandası ötən həftə tilsimi qırdı. İndi uğurların davamı gəlməlidi. Qarabağ təmsilçisi azı uduzmamalıdı. Çünki 8-ci sırada arxayın olmaq mümkünsüzdü.Tura aprelin 9-da yekun vurulacaq. “Səbail” də “Şəfa”nı məğlub etmək üçün əlindən gələni edəcək. Öz aramızdı, “dənizçilər” üçün əla fürsət yaranıb. Elgiz Kərəmlinin komandası üçün isə əsl sınaq anıdı. “Şimal” “Mingəçevir”lə qarşılaşacaq ki, meydan sahiblərinin şansını minimum saysaq, yanılmarıq. “Nur şəhəri”nin təmsilçisi “Şəfa” ilə aradakı xal fərqinin artmasına icazə verə bilməz. “Şahdağ Qusar”ı qəbul edəcək “Difai”nin də işi çətindi. Favorit qonaqlardı. Ağsulular isə xaçmazlılardan daha da uzaqlaşmalıdı.1-ci liqa21-ci tur8 aprelBaku Sportinq – MOİKBuzovna, qəsəbə stadionu. Saat 15.30.Cəbrayıl – ZaqatalaŞamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.9 aprelŞəfa – SəbailBinə, qəsəbə stadionu. Saat 15.00.Şimal – MingəçevirŞamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.Difai – Şahdağ QusarBuzovna, qəsəbə stadionu. Saat 15.30. 1. Şəfa 20 13 6 1 45-18 452. Baku Sportinq 20 10 7 3 29-17 373. Səbail 20 10 7 3 27-15 37 4. Mingəçevir 20 10 6 4 35-19 365. Şahdağ Qusar 20 8 4 8 28-26 286. MOİK 20 7 5 8 24-27 267. Zaqatala 20 7 4 9 20-24 258. Cəbrayıl 20 5 2 13 31-40 179. Difai 20 3 4 13 25-46 1310. Şimal 20 3 3 14 18-50 12Bombardir: Seyxan Fərəcov (MOİK) – 14.KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.