AZ

DSMF-də vətəndaş qəbulu yüksək səviyyədə təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda vətəndaş qəbulu keçirilib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq addımlar atılıb.

QHT.az xəbər verir ki, əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinin dəvəti ilə Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyevin keçirdiyi vətəndaş qəbulunda növbəti dəfə iştirak etdik. “Qəbulun yüksək səviyyədə təşkil olunması, vətəndaş müraciətlərinə həssas yanaşma, qaldırılan məsələlərə operativ reaksiya, şəffaf və ədalətli münasibət, şübhəsiz ki, təqdirəlayiqdir.”

Zəhra Ağayeva

Seçilən
4
qht.az

1Mənbələr