2030-cu ilin sonuna qədər Bakı metrosunda 9 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar ilə bağlı layihələndirmə prosesi artıq bitib.
Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, bu stasiyalarla bağlı 2026-cı ildə tender prosesi həyata keçiriləcək: