AZ

Milyarder qisas alınmasından qorxaraq işçilərinə 1,5 milyon dollar verdi

Five Guys restoranlar şəbəkəsinin təsisçisi 82 ​​yaşlı Cerri Marrel işçilərinə 1,5 milyon dollar paylayıb.

Herbiand.az bildirir ki, bu barədə Fortune nəşri xəbər verib.

Məlumata görə, şirkət fevral ayında 40 illik yubileyini qeyd edib və bu münasibətlə hər bir müştəriyə ikinci burgeri pulsuz verəcəklərinə söz verib. Lakin, reklam kampaniyanın təsiri gözləntiləri altı dəfə üstələyib. Restoranların qarşısında böyük növbələr yaranıb, satışlar iki dəfə artıb, ərzaqlar çatışmayıb, işçilər isə işin çoxluğundan çətinliklə üzləşiblər.

Marrel səhv hesablamaya görə özünü günahlandırıb, çünki hər kəs 3 nəfərin yerinə işləməyə məcbur olub. O, günahını yumaq üçün işçilərə 1,5 milyon dollar bonus ayırıb, bununla da həddindən artıq yüklənmiş restoranlar işləməyə davam edib.

Milyarder zarafatla bunu qisasdan qorxduğu üçün etdiyini deyib: “Mən istəmirdim ki, kimsə ilk gündən məni arxadan vursun və ya başqa bir şey etsin, çünki həqiqətən də səhv etdik. Heç kim fikirləşə bilməzdi ki, belə reaksiya olacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr