Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Şürük kəndində Rəhimova Əntiqə Qəhrəman qızına məxsus təndirxanada yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, istehsal obyektində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
İstifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, obyektdə istehsal sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.